“Azərbaycan Hava Yolları” şirkətinə məxsus təyyarənin qəzaya uğraması hər birimizi sarsıtdı.
KONKRET.az xəbər verir ki, bunu spiker Sahibə Qafarova Milli Məclisin plenar iclasında deyib.
“Həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, yaralananların tezliklə sağalmasını arzulayıram”, – o bildirib.
Qeyd edək ki, dekabrın 25-də Bakıdan Çeçenistanın paytaxtı Qroznıya uçan Azərbaycan Hava Yollarına (AZAL) məxsus “Embrarer 190” tipli sərnişin təyyarəsi Qazaxıstanın Aktau şəhərindən bir neçə kilometr aralıda qəzaya uğrayıb.