Milli Qvardiyanın daha 2 min hərbçisi Los-Ancelesə göndəriləcəkbackend

Milli Qvardiyanın daha 2 min hərbçisi Los-Ancelesə göndəriləcək

ABŞ prezidenti Donald Tramp bir neçə gündür qanunsuz mühacirlərin kütləvi saxlanmasına qarşı etirazların davam etdiyi Los-Ancelesə Milli Qvardiyanın əlavə 2 min hərbçisinin göndərilməsi barədə göstəriş verib.

KONKRET.az xəbər verir ki, bu barədə Kaliforniya qubernatoru Qevin Nyusom “X”də yazıb.

Qubernator əmindir ki, Tramp belə bir əmri ictimai təhlükəsizlik maraqları naminə vermir:

“Əvvəllər Los-Ancelesə göndərilmiş Milli Qvardiyanin 2 min hərbçisindən yalnız 300-ü iğtişaşlara qarşı fəal iştirak edir, qalanları isə federal agentliyin binalarında boş oturur”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*