2023-cü ildə Azərbaycan milli təhlükəsizliyə 5,3 milyard manat sərf edəcək.
KONKRET.az xəbər verir ki, bu rəqəm 2021 və 2022-ci illərlə müqayisədə 17,1 faiz çoxdur. Bəs səbəb nədir? Təhdidlər artır?
Molla rejiminin agenturası
Azərbaycan tolerant ölkədir. Amma əhalinin çoxu dini etiqadına görə müsəlmandır. İslamın ən geniş yayılmış təriqəti isə şiəlikdir. Bunun əsas səbəbi İranla qonşu olmağımız və müəyyən fars şəbəkəsinin Azərbaycandakı namaz qılanlara təsir gücündə olmasıdır. İran İslam Respublikası bütün bunlardan yetərincə istidadə edir. Şiəliyi siyasi məqsədlərinə çatmaq üçün alətə çevirib. Azərbaycanda şəhid dəfnlərində mərhumun adından başqa bütün imamların, ağalarının adlarını bağıranlar Tehrandan idarə olunan şiə şəbəkəsidir. Onlar farsları məmnun salmaq üçün Azərbaycanda müqəddəs sayılan hər şeyi təhqir etməyə hazırdırlar. Və bunun təsdiqini də görmüşük.
Təsəvvür edin, İran azərbaycanlıları Aşota qardaş, Armidaya bacı deyib əzizləyən farslara qarşı etiraz edir, Azərbaycandakı bəzi şiələr isə İranı dəstəkləyir. Onların məsciddə donuz saxlayanların yanında olmasına siyasi bəraət qazandırırlar. Bir sözlə, İran müəyyən kəsim azərbaycanlını məzhəb hop-gopu ilə manqurtlaşdıra bilib. Zavallı beyinlər də düşünür ki, bu gün İranın tərəfini tutsalar, sabah fars ayətullahlar o dünyada bunların cənnətə daxil olması üçün şahidlik edəcəklər. Ta demirlər ki, heç həmin ayətullahların özünün o dünyası bilinmir. Çünki çoxu Avropanın agentidir və missiyaları dini ixtilaflarla islam ölkələri arasında nifaq salmaqdır. Sadəcə, İran təriqətçiliyi ölkədaxili molla rejimi adlanan monarxiyalarının qorunmasına da hesablanıb. Əmmaməli xəfiyyələri isə başqa ölkələrə təsir etmək buyruqçularıdır. İranın Azərbaycanda fars ideologiyasını gücləndirmək istəyinin səbəbləri də sirr deyil. Bununla Tehran Bakıya təzyiq imkanlarına yiyələnmək istəyir. Amma əmmamələrini azca qaldırsalar, qulaqlarının dibin görəcəklər. Çünki Azərbaycan onlardan doğa biləcək bütün təhdidlərə hazırdır. Şiə-qriqoryan birliyi yaradanlardan hər şey gözləmək olar.
Rusiyanın 5-ci kolonu
SSRİ dağılandan sonra Azərbaycan hökumətində Moskvaya bağlı insanlar qalırdı. Təkcə onu demək kifayətdir ki, o vaxt SSRİ-nin saxlanılması ilə bağlı referendumun əleyhinə 43 istiqlalçı deputat çıxıb. Ulu Öndər Heydər Əliyev də müstəqilliyimizə imza atanlar arasında idi. Hazırda 43 istiqlalçı deputatdan 3-ü, Vahid Əhmədov, Sabir Rüstəmxanlı, Tahir Kərimli millət vəkili kimi fəaliyyət göstərir. Amma 1991-də müstəqillik aktına qarşı çıxıb hər çağırış millət vəkili seçilənlər də var. Yəni millət vəkilləri arasında ruspərəstlərin olması xəbəri kiməsə təəccüblü gəlməz.
Lakin ruspərəstlər əsla Milli Məclislə kifayətlənməyib. Kremlin xətrin istədiyi azərbaycanlılar arasında dövlət qulluqçuları, diplomatlar da az deyil. Milyonçu biznesmenlər də kifayət qədərdir. İş orasındadır ki, Rusiyanın regionla bağlı quyruğu qapı arasında qalan kimi, öz 5-ci kolonunun nümayəndələrinə “cum” əmri verir. Onlar da müxtəlif yollarla diş qıcıyırlar. Sadəcə indiki vəziyyət başqa cürdür. Bir şey ki, Moskvaya az qala qiblə qədər ehtiramla yanaşan kütləvi informasiya vasitələri də Rusiyanı tənqiddən çəkinmədi. Deməli, Rusiyanın payın vermək tapşırılıb. Deməli, Rusiya ağın çıxardıb. Deməli, Kremlin 5-ci kolonunu da vəzifəcə axtalamaq lazımdır.
Qərbin LGBT manevrləri
Milli təhlükəsizliyə əsas təhdidlərin bəziləri internetdə formalaşır. Qərbin demoqrafiya institutları insan sayının azaldılması üçün yeni seksual oriyentasiyaları yetişməkdə olan təfəkkürlərə sırıyır. Nəticədə iyrənc mənzərə yaranır, mavi oğlanlarla lezbiyan qızları isə hər yanda görmək olur. Efir məkanında da az deyillər və bunun özü çağırış rolunu oynayır. Hətta bəziləri populyarlıq və pul qazanmağın ən asan yolunu cinsi azlıqda görür. Bunu AST Telmanın yaxşı vaxtlarında Antalyada (Mardan Palace) onunla görüşə gedənlər daha yaxşı bilər. İndi LGBT ideologiyasını yayan internet fırıldaqçıları da var. Onlar cinsi azlıqlarla yaxınlıq videoları ilə şantaj, yaxud görüş zamanı zor gücü ilə intim münasibət yaradıb kimlərisə intihara sürükləmə kimi təhdid mənbəyidirlər. Buna görə belə hallarla mübarizə gücləndirilib.
Milli təhlükəsizliyin təminatı üçün insanlar arasındakı həmrəylik də əhəmiyyətlidir. Çünki birlik olduğu təqdirdə insanlar arasında porno yox, maarifləndirici videolar yayılar.
KONKRET.az-ın Analitik Qrupu