Millimiz bu gün Latviya ilə üz-üzə gələcəkbackend

Millimiz bu gün Latviya ilə üz-üzə gələcək

Dünya çempionatı 2026-nın seçmə mərhələsinə hazırlaşan Azərbaycanın futbol millisi bu gün yoldaşlıq oyununa çıxacaq.

KONKRET.az xəbər verir ki, Fernando Santuşun komandası Riqadakı Skonto stadionunda Latviya millisi ilə üz-üzə gələcək.

Matç Bakı vaxtı ilə saat 17:00-da başlayacaq.

Oyunu Malta Futbol Federasiyasından Farruca Kan Trastinin başçılıq etdiyi hakimlər briqadası idarə edəcək.

Qeyd edək ki, hazırda Latviya millisi FİFA-nın reytinq cədvəlində 138-ci yeri tutur. Azərbaycan komandası isə bugünkü rəqibindən 19 pillə öndə – 119-cu yerdədir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*