Millətlər Liqası: Azərbaycan Estoniya millisinə məğlub oldu – YENİLƏNDİbackend

Millətlər Liqası: Azərbaycan Estoniya millisinə məğlub oldu - YENİLƏNDİ

Azərbaycan yığması UEFA Millətlər Liqasında səfərdə Estoniya millisinə məğlub olub.

KONKRET.az xəbər verir ki, C Liqasının I qrupundakı qarşılaşmada yığmamız 1:3 hesabı ilə uduzub.

***

Millətlər Liqasının 3-cü turunda Azərbaycan millisi ilə Estoniya seçməsi arasındakı qarşılaşmada hesab dəyişib.

KONKRET.az xəbər verir ki, 71-ci dəqiqə estoniyalı oyunçu Robert Şeyn fərqi artırıb – 3:1.

***

Millətlər Liqasının 3-cü turunda Azərbaycan millisi ilə Estoniya seçməsi arasındakı qarşılaşmada hesab dəyişib.

KONKRET.az xəbər verir ki, 45-ci dəqiqə millimizin oyunçusu Toral Bayramov hesabı bərabərləşdirə bilsə də, sevincimiz cəmi 2 dəqiqə çəkib. 45+2-ci dəqiqədə Estoniya millisinin heyətində Vlasiy Sinyavski yenidən komandasını hesabda önə çıxarıb – 2:1.

***

Millətlər Liqasının 3-cü turunda Azərbaycan millisi ilə Estoniya seçməsi arasındakı qarşılaşmada hesab açılıb.

KONKRET.az xəbər verir ki, 32-ci dəqiqə Estoniya millisinin heyətində İoan Yakovlev fərqlənib – 1:0.

Futbol üzrə Azərbaycan millisi bu gün Millətlər Liqasının 3-cü turunda Estoniya seçməsi ilə qarşılaşır.

KONKRET.az xəbər verir ki, Tallin şəhərindəki “A.Le Koq Arena”da təşkil olunan oyun başlayıb.

Bu gün UEFA Millətlər Liqasında üz-üzə gələcək Estoniya və Azərbaycan yığmalarının start heyətləri açıqlanıb.

Milli komandalar meydana aşağıdakı “11-lik”lə çıxacaqlar:

Estoniya: Karl Yakob Heyn, Mihael Şyonninq-Larsen, Mattias Kayt, Rokko Robert Şeyn, Henri Anyer, Mihkel Aynsalu, Maksim Paskotsi, İoan Yakovlev, Yoonas Tamm, Karol Mets, Vlasiy Sinyavski.

Azərbaycan: Mehdi Cənnətov, Elvin Cəfərquliyev, Anton Krivotsyuk, Coşqun Diniyev, Renat Dadaşov, Ramil Şeydayev, Rahil Məmmədov, Bədavi Hüseynov, Toral Bayramov, Aleksey İsaev, Abbas Hüseynov.

Qeyd edək ki, Tallin şəhərindəki “A.Le Koq Arena”da təşkil olunacaq görüş Bakı vaxtı ilə saat 20:00-da start götürəcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*