Xəbər verdiyimiz kimi, Azərbaycan millisi yoldaşlıq görüşü üçün Latviyaya yollanıb.
KONKRET.az-ın “Qafqazinfo”ya istinadən məlumatına görə, yığmamız artıq sözügedən ölkənin paytaxtı Riqaya çatıb.
Yığma sabah Bakı vaxtı ilə saat 19:30-da matçın baş tutacağı “Skonto” stadionunda son məşqinə çıxacaq.
Qeyd edək ki, iyunun 7-də keçiriləcək Latviya – Azərbaycan görüşü Bakı vaxtı ilə saat 17:00-da başlayacaq.