Millimizin 3 üzvü koronavirusa YOLUXDUbackend

Millimizin 3 üzvü koronavirusa YOLUXDU

Minifutbol üzrə dünya çempionatının qalibi olan Azərbaycan millisinin 3 üzvündə koronavirus aşkarlanıb.

KONKRET.az teleqraf-a istinadən xəbər verir ki, bunlar komandanın kapitanı, yarımmüdafiəçi Elvin Əlizadə və hücumçu Samir Həmzəyev, eləcə də köməkçi-məşqçi Sərxan Məstiyevdir.

Belə ki, Dünya çempionatının final oyunundan sonra yığma üzvlərindən götürülmüş COVID-19 testinin cavabı müsbət olub.

Onlar millinin düşərgəsini tərk ediblər, hazırda özlərini yaxşı hiss edirlər.

Xatırladaq ki, Azərbaycan millisi finalda Macarıstanı 4:2 hesabı ilə məğlub edərək dünya çempionu olub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*