Millimizin futbolçusu evləndi – FOTOLARbackend

Millimizin futbolçusu evləndi - FOTOLAR

Azərbaycanın 21 yaşadək futbolçulardan ibarət milli komandasının və “Sabah” klubunun üzvü Ozan Can Kökçü ailə qurub.

KONKRET.az xəbər verir ki, nikah mərasimi gənc yarımmüdafiəçinin doğulub boya-başa çatdığı Niderlandın Hofddorp şəhərində gerçəkləşib. Karantinlə əlaqədar mərasim məhdud çərçivədə baş tutub.

Qeyd edək ki, Ozan Can Kökçü Azərbaycanın U-21 yığmasına 2017-ci, “Sabah”a isə 2019-cu ildən cəlb olunub. Onun qardaşı Orkun Kökçü Türkiyənin əsas millisində və Niderland “Feyenord”unda forma geyinir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*