Millimizin sabiq futbolçusu saat biznesinə qoşuldubackend

Millimizin sabiq futbolçusu saat biznesinə qoşuldu

Azərbaycanın müxtəlif yaş qrupları üzrə milli komandalalarının sabiq futbolçusu Murad Bağırov saat biznesi ilə məşğul olur.

KONKRET.az teleqraf-a istinadən xəbər verir ki, 24 yaşlı keçmiş müdafiəçi hazırda tanınmış saat şirkətlərinin birində PR meneceri olaraq fəaliyyət göstərir.

O, 4 il öncə ayağından aldığı zədə səbəbindən futbol həyatını erkən bitirib və bu sahəyə yönəlib.

Qeyd edək ki, Murad Bağırov futbolçu kimi “Neftçi” və “Sabah”ın U-19 komandalarında forma geyinib. 1,97 metr boya malik Bağırov Azərbaycanın U-17 və U-19 yığmalarına da çağırılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*