Millimizin voleybolçusu Türkiyə klubu ilə müqavilə BAĞLADIbackend

Millimizin voleybolçusu Türkiyə klubu ilə müqavilə BAĞLADI

Qadın voleybolçulardan ibarət Azərbaycan millisinin hücumçusu Polina Rəhimova karyerasını Türkiyədə davam etdirəcək.

KONKRET.az xəbər verir ki, 33 yaşlı oyunçu Sultanlar Liqasında mübarizə aparan “Karayolları” komandasına keçib. O, Ankara təmsilçisi ilə cari mövsümün sonunadək müqavilə imzalayıb.

“Karayolları” hazırda ölkə çempionatında 13 oyundan sonra topladığı dörd xalla sonuncu – 14-cü yerdə qərarlaşıb.

Qeyd edək ki, Polina Rəhimova son olaraq Vyetnamın “Duk Qianq” komandasında çıxış edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*