Millinin sabiq futbolçusu maşınla adam vurub öldürdübackend

Millinin sabiq futbolçusu maşınla adam vurub öldürdü

Futbol üzrə Argentina milli komandasının sabiq qapıçısı Pablo Kavalyero həbs oluna bilər.

KONKRET.az xəbər verir ki, hazırda ölkəsində “Veles Sarsfild” klubunda idman direktoru olan Pablo avtomobili ilə adam vurub.

Hadisə nəticəsində 56 yaşlı Xuan Libero hadisə yerindəcə ölüb. 47 yaşlı keçmiş qapıçıya qarşı cinayət işi qaldırılıb.

Pablo Kavalyero 1996-2006-cı illərdə Argentina yığmasında 26 oyun keçirib. O, Argentinanın “Veles Sarsfild” və “Union” (Santa-Fe), İspaniyanın “Espanyol”, “Selta” və “Levante”, həmçinin Uruqvayın “Penyarol” komandalarında çıxış edib. Kavalyero millinin heyətində 2004-cü ildə keçirilən Amerika kubokunun gümüş medalçısı olub.

Keçmiş qapıçı 2018-ci ilin yanvarından “Veles Sarsfild”də idman direktoru olaraq çalışır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*