Milyarder özünə elə bir qaraj tikdirdi ki… – FOTObackend

Milyarder özünə elə bir qaraj tikdirdi ki... - FOTO

KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, amerikalı sahibkar, investor, ixtiraçı, mühəndismilyarder İlon Mask özünə dəhşətli təbii hadisələrdən, hətta apokalipsisdən qorunmaq üçün avtomobili üçün qaraj tikdirib.

Nyu-Yorkda yerləşən Lars Buro şirkəti zirehli kiber qaraj yarada bilib. Bu qaraj ən sərt şərtlərə cavab vermək üçün hazırlanıb. Kiber-bunker adlandırılan bu tipli qarajlar hər hansı bir yerə yerləşdirilə bilər, hətta Marsda belə.

Lars Buro saytında bu günə qədər yalnız layihə görüntüləri yerləşdirilib. Tərtibatçıların sözlərinə görə, 55 kvadrat metrlik Kiber-bunker qarajda ən azı iki maşın üçün yer var. Qaraj günəş batareyası ilə işıqlandırılacaq və elektron hissələrlə təchiz olunacaq ki, bu da qarajı “ağıllı ev” halına gətirəcək.

Qarajın neçəyə başa gəldiyi barədə heç bir məlumat verilmir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*