Milyarderlər krallıqlarını birləşdirir: Soros və ceff Bezosla bağlı VACİB XƏBƏRbackend

Milyarderlər krallıqlarını birləşdirir: Soros və ceff Bezosla bağlı VACİB XƏBƏR

Hillari Klinton-un keçmiş köməkçisi Huma Abedin və Aleks Soros 14 iyun 2025-ci ildə evlənəcəklər.

KONKRET.az xəbər verir ki, Page nəşrinin məlumatına görə, cütlük dostlarına göndərdikləri dəvətnamələrdə bu tarixi qeyd ediblər.

Eyni zamanda, şayiələrə görə, Amazon-un qurucusu Ceff Bezos və nişanlısı Loren Sançes də bu yay İtaliyada nikah bağlayacaq. Mənbə, onların 500 milyon dollar dəyərindəki Koru yaxtasında toy edəcəklərini bildirib.

Xatırladaq ki, Huma Abedin və Aleks Soros keçən yaz İtaliyada nişanlanmışdılar, Ceff Bezos və Loren Sançes isə avqustda Pozitano şəhərində nişan mərasimi keçirmişdilər. Qonaqlar arasında Bill Qeyts, Leonardo DiKaprio və Kris Cenner kimi məşhurlar da yer almışdı.

Aysu İbrahimova,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*