Milyarderlər üçün ağır gün: 18 milyard itirildibackend

Milyarderlər üçün ağır gün: 18 milyard itirildi

Çərşənbə günü dünyanın 9 ən zəngin biznesmeni ümumilikdə 18 milyard dollar itirib.

Konkret az Axar.az-a istinadla xəbər verir ki, bu məlumatı “Forbes” jurnalı yayıb. Məlumata görə, buna səbəb ABŞ-ın fond indekslərinin düşməsi olub.

Biznesmenlər arasında ən çox itkiyə “Amazon”un rəhbəri Cef Bezos məruz qalıb. O bir günə 3,5 milyard dollar vəsait itirib. Növbəti yerlərdə Feysbukun sahibi Mark Zukerberq (3,2 milyard), LVMH-in rəhbəri Bernar Arno (3 milyard) qərarlaşıb.

İlk onluqda olan milyarderlər arasında yeganə itkiyə məruz qalmayan iş adamı Maykl Blumberq olub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*