Minatəmizləmə fəaliyyətinin əlaqələndirilməsi ilə bağlı Fərmanda dəyişiklik edildibackend

Minatəmizləmə fəaliyyətinin əlaqələndirilməsi ilə bağlı Fərmanda dəyişiklik edildi

Prezident İlham Əliyevin Fərmanı ilə “Azərbaycan Respublikasında minatəmizləmə fəaliyyətinin əlaqələndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” 2021-ci il 16 sentyabr tarixli 1441 nömrəli Fərmanda dəyişiklik edilib.

KONKRET.az xəbər verir ki, Fərmanda deyilir:

“Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

“Azərbaycan Respublikasında minatəmizləmə fəaliyyətinin əlaqələndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 16 sentyabr tarixli 1441 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021, № 9, maddə 981) aşağıdakı dəyişikliklər edilsin:

1. 1.3-cü bənddə və 3.3.1-ci yarımbənddə “məlumat bazasına” sözləri “informasiya sisteminə” sözləri ilə əvəz edilsin.

2. 2.4-cü bənddə “elektron məlumat bazasının (bundan sonra – məlumat bazası)” sözləri “informasiya sisteminin (bundan sonra – informasiya sistemi)” sözləri ilə əvəz edilsin”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*