Mingəçevir su anbarında köməksiz qalan 3 nəfər xilas edildibackend

Mingəçevir su anbarında köməksiz qalan 3 nəfər xilas edildi

Mingəçevir şəhəri yaxınlığında, Mingəçevir su anbarında qayıqda köməksiz qalanlar xilas edilib.

KONKRET.az-ın məlumatına görə, nazirliyin “112” qaynar telefon xəttinə Mingəçevir şəhəri yaxınlığında, Mingəçevir su anbarında 3 nəfərin qayıqda köməksiz vəziyyətdə qalması (hava şəraitinin pisləşməsi və suyun dalğalı olması ilə əlaqədar olaraq) barədə məlumat daxil olub.

Xilasetmə məntəqəsindən təxminən 5 km aralı, nəzarətsiz ərazidə içərisində 3 nəfərin olduğu qayıq Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin xilasediciləri tərəfindən yedəyə alınaraq sahilə çıxarılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*