Mingəçevirdə 55 yaşlı kişi bıçaqlandı – Saxlanılan varbackend

Mingəçevirdə 55 yaşlı kişi bıçaqlandı - Saxlanılan var

Mingəçevirdə 55 yaşlı kişi bıçaqlanıb.

KONKRET.az xəbər verir ki, hadisə bu gecə saat 01 radələrində Mingəçevir şəhəri N.Nərimanov küçəsində baş verib.

Belə ki, şəhər sakini 45 yaşlı Hafis Hüseynovun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı 55 yaşlı Rəhim Vəliyevə bıçaqla xəsarət yetirdiyi bildirilir.

DİN-in Mətbuat Xidmətinin regional qrupundan bildirilib ki, əməli törətməkdə şübhəli bilinən şəxs polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*