Mingəçevirdə ağır qəza – Yaralanan varbackend

Mingəçevirdə ağır qəza - Yaralanan var

Mingəçevirdə iki minik avtomobilinin toqquşması nəticəsində hər iki sürücü ağır xəsarət alıb.

KONKRET.az xəbər verir ki, hadisə şəhərin A.Məmmədov küçəsində baş verib.

Hərəkətdə olan Tofiq Musayev idarə etdiyi “Mersedes” markalı avtomobil ilə qarşıdan gələn VAZ 21099 markalı avtomobillə toqquşub.

Toqquşma nəticəsində həm T.Musayev, həm də VAZ avtomobilinin sürücüsü ağır xəsarət alaraq Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*