Mingəçevirdə aptek işçisini döyərək mobil telefonunu əlindən alıblarbackend

Mingəçevirdə aptek işçisini döyərək mobil telefonunu əlindən aldılar

Mingəçevir sakininə qarşı soyğunçuluq edilib.  

KONKRET.az xəbər verir ki, hadisə axşam saatlarında 2002-ci il təvəllüdlü şəhər sakini  Həsənzadə Taleh Əmrah oğlu çalışdığı aptekdən evinə gedərkən tanımadığı şəxs tərəfindən saxlanılıb.

Həmin şəxs T.Həsənzadəni döyərək ona müxtəlif bədən xəsarətləri yetirib. Həmçinin, hadisəni törədən şəxs onun mobil telefonunu zorla əlindən alaraq ərazidən uzaqlaşıb.

T.Həsənzadə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır./APA

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*