Mingəçevirdə minik maşını avtobusla toqquşub
KONKRET.az xəbər verir ki, hadisə avtovağzal yaxınlığında baş verib. Belə ki, “Chevrolet” markalı avtomobil sərnişin avtobusuna çırpılıb. Hadisə zamanı zərərçəkən olmasa da maşınlara ciddi zərər dəyib.
Faktla bağlı araşdırma aparılır.