Mingəçevirdə təcili yardım maşını qəzaya düşdübackend

Mingəçevirdə təcili yardım maşını qəzaya düşdü

Mingəçevirdə çağırışa gedən təcili yardım maşını qəzaya düşüb.

KONKRET.az apa-ya istinadən xəbər verir ki, hadisə Bağlar yaşayış massivi 8-ci döngədə baş verib.

“Vaz 2106” markalı minik avtomobili ilə İlqar Sadıxovun idarə etdiyi təcili yardım maşınını toqquşub.  Hər iki avtomobilə ciddi ziyan dəyib, ambulans yarasız vəziyyətə düşüb.

Qəza zamanı xəsarət alan olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*