Mingəçevirdən Şuşaya ilk avtobus reysi bu gün fəaliyyətə başlayıb.
Bu barədə KONKRET.az-a Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən məlumat verilib.
Bildirilib ki, biletləri www.biletim.az portalından əldə etmək mümkündür. Reyslər hər gün Mingəçevirdən Şuşaya saat 08:00-da, Şuşadan Mingəçevirə isə saat 16:00-da yola düşür.
Qeyd edək ki, işğaldan azad olunmuş ərazilərə giriş üçün icazələrin olması mütləqdir.
KONKRET.az