Fransanın Le Monde nəşri yazır ki, Donetsk vilayətində mülki əhalinin gündəlik təxliyəsinin sayı ikiqat artıb. Bu barədə vilayətin hərbi administrasiyasının rəhbəri Vadim Filaşkin məlumat verib.
KONKRET.az xəbər verir ki, onun sözlərinə görə, əvvəlki günlərdə gündəlik 300–400 nəfər təxliyə olunurdusa, indi bu rəqəm 600–700 nəfərə yüksəlib.
Xüsusilə gərgin vəziyyət Pokrovsk şəhərində müşahidə olunur. Burada cəmi 1300 nəfər sakin qalıb. Şəhərə yalnız hərbçilərin müşayiəti ilə daxil olmaq mümkündür. Humanitar yardımın çatdırılması isə intensiv artilleriya atəşi səbəbindən mümkün deyil.
Vilayətdə 150-yə yaxın yaşayış məntəqəsi su, qaz və elektrik enerjisindən məhrumdur. Hərbi administrasiyanın məlumatına əsasən, təxminən 25 000 nəfər cəbhə xəttinə yaxın ərazilərdə qalmaqda davam edir və qarşıdan gələn qış aylarında təcili yardıma ehtiyac duyur.