Minskdə DTK binasının qarşısında 50 nəfər tutuldu – Jurnalistlər də varbackend

Minskdə DTK binasının qarşısında 50 nəfər tutuldu – Jurnalistlər də var

Minskdə Belarus Dövlət Təhlükəsizlik Komitəsinin (DTK) binası qarşısında ən azı 50 nəfər tutulub.

KONKRET.az xəbər verir ki, bu barədə dünən “Vesna” insan hüquqları mərkəzi açıqlama yayıb.

“İyunun 28-də Minskdə, DTK-nın qarşısında və binanın özündə 50-dən çox adam tutulub. Onların arasında siyasi məhbuslar Viktor və Eduard Babariko üçün qabaqlayıcı tədbirlərin dəyişdirilməsi üçün ərizə verməyə gələn insanlar, habelə işıqlandırmağa gələn on nəfərdən çox jurnalist də var” – mesajda deyilir.

Hüquq müdafiəçilərinin bildirdiyinə görə, tutulma “OMON”un (xüsusi təyinatlı dəstə) əməkdaşları tərəfindən aparılıb, saxlanılanların hamısı Leninsk, Oktyabrsk və Moskovsk rayonlarının polis şöbəsinə aparılıb. Demək olar ki, hamısı protokol tərtib edilmədən sərbəst buraxılıb, lakin “Vesna”nın hüquq müdafiəçiləri barədə iki inzibati protokol yazılıb.

DTK tərəfindən tutulan bütün jurnalistlər Zavodskoye Rayon Daxili İşlər İdarəsinə aparılıb və sənədləri yoxlanıldıqdan sonra sərbəst buraxılıb.

Babək Göyüş

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*