Minskdə Lukaşenkonun rəqibini dəstəkləyən mitinq keçirildi – FOTOLARbackend

Minskdə Lukaşenkonun rəqibini dəstəkləyən mitinq keçirildi – FOTOLAR

Minskdəki Xalqlar Dostluğu Parkında prezidentliyə namizəd Svetlana Tixanovskayaya dəstək mitinqi baş tutub.

KONKRET.az xəbər verir ki, bu haqda məlumatı tut.by nəşri yayıb.

Nəşr İnsan hüquqları müdafiəçilərinə istinadən mitinqə 63 minə yaxın insanın toplaşdığını bildirir.

Hadisənin baş verdiyi ərazi təhlükəsizlik səbəbiylə bağlanıb, hər yerdə polis növbə çəkib, yalnız keçid məntəqəsində axtarış aparıldıqdan sonra mitinqə getmək mümkün olub.

Svetlana Tixanovskaya, prezidentliyə namizəd Viktor Babarikonun nümayəndəsi Mariya Kolesnikova və prezidentliyə namizəd Valeri Çepkalonun həyat yoldaşı Veronika Çepkalo nümayişçilərə müraciət  ediblər.

İcazəli mitinqdən hazırlanan fotoşəkilləri sizə təqdim edirik:

Babək Göyüş

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*