MİQ müsabiqəsi müsahibə mərhələsinin cavabları açıqlandıbackend

MİQ müsabiqəsi üzrə müsahibə mərhələsinin cavabları açıqlandı

Müəllimlərin işə qəbulu (MİQ) üzrə müsabiqənin müsahibə mərhələsinin cavabları açıqlanıb.

KONKRET.az xəbər verir ki,14-22 avqust tarixlərində təşkil olunan müsahibələrdə 4 658 nəfər uğur qazanıb.

Qeyd edək ki, müəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsinə ümumilikdə 5740 namizəd dəvət olunub.

Müsahibə zamanı namizədlərin peşəkar kompetensiyaları, psixoloji hazırlığı və ümumi dünyagörüşü müsahibə proqramına uyğun olaraq müvafiq komissiya tərəfindən yoxlanılıb.

Təhsil İnstitutunun nəzdində olan İnsan Resursları Mərkəzinin “Facebook” hesabındakı paylaşım əsasında apardığımız araşdırma zamanı məlum olub ki, müsahibə mərhələsində iştirak üçün dəvət olunan namizədlərdən 744-ü müsahibədə iştirak etməyib.

Xatırladaq ki, namizədlər şəxsi səhifəsində qeyd olunan tarixdə müsahibə mərhələsində iştirak etmədiyi halda bu, tutduğu vakant yerdən imtina kimi qeydə alınacaq və həmin namizədlərin müddətli müqavilə ilə işə qəbul turlarında iştirakı təmin olunmayacaq.

Aygün Mirakif,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*