backend

Miqrasiya Xidməti: Almaniyadakı vətəndaşlarımız geri qaytarıldı

“Azərbaycan Respublikası ilə Avropa İttifaqı arasında icazəsiz yaşayan şəxslərin readmissiyası haqqında” Sazişin icrası çərçivəsində dünən gecə Almaniyadan ölkəmizə çarter reysi ilə 61 nəfər Azərbaycan Respublikası vətəndaşının readmissiyası (geri qaytarılması) həyata keçirilib.

Dövlət Miqrasiya Xidmətindən KONKRET.az-a bildirilib ki, onlardan 22 nəfəri kişi, 18 nəfəri qadın, 21 nəfəri uşaqdır.
Readmissiya olunan Azərbaycan vətəndaşları Dövlət Miqrasiya Xidmətinin əməkdaşları tərəfindən qarşılanıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*