Özbəkistan Prezidenti Şövkət Mirziyayev Müstəqillik Günü ərəfəsində 523 nəfərin əfv edilməsi haqqında fərman imzalayıb.
KONKRET.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə Özbəkistan mediası məlumat yayıb.
Məlumata görə, əfv olunanlar arasında 8 xarici ölkə vətəndaşı, 45-i qadın, 31-i 60 yaşdan yuxarı şəxs olub. Bundan başqa, prezident 1-i azyaşlı olmaqla 30 yaşadək 220 nəfəri və qadağan olunmuş təşkilatlarda iştiraka görə məhkum olunmuş 15 nəfəri əfv edib.
Bildirilir ki, fərman çərçivəsində prokurorluq və aidiyyəti qurumlar tərəfindən azad edilmiş şəxslərin evə çatdırılması təşkil edilib. Eyni zamanda əcnəbi vətəndaşlar öz vətənlərinə deportasiya ediliblər.