Mirziyoyev Putini Qələbənin 75 illiyi münasibətilə təbrik etdibackend

Mirziyoyev Putini Qələbənin 75 illiyi münasibətilə təbrik etdi

İldırım Musayev, Mərkəzi Asiya ölkələri üzrə xüsusi müxbir

Özbəkistan tərəfinin təşəbbüsü ilə Rusiya Prezidenti Vladimir Putin və Özbəkistan Prezidenti Şavkat Mirziyoyev arasında telefon danışığı baş tutub.

KONKRET.az-ın Mərkəzi Asiya ölkələri üzrə bürosu xəbər verir ki, dövlət başçıları Böyük Vətən Müharibəsində Qələbənin 75 illik yubileyi münasibətilə səmimi təbriklərini bölüşüblər və xüsusilə döyüş bölgəsində vuruşan əsgərlərin və arxa cəbhədə çalışan insanların şücaətlərinin xatirəsinin qorunmasının vacibliyini qeyd ediblər.

Koronavirus pandemiyası ətrafındakı vəziyyət də müzakirə edilib, Rusiya və Özbəkistanın infeksiyanın yayılmasına qarşı mübarizədə bir-birinə göstərdiyi yardım yüksək qiymətləndirilib.

Bu istiqamətdə sıx əməkdaşlığı davam etdirmək niyyəti təsdiqlənib.

Ticarət, iqtisadi, mədəni və humanitar sahələrdə ikitərəfli əməkdaşlığın bəzi digər aktual məsələlərinə də toxunulub.

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*