“Bakı ilə əsirlərin qaytarılması məsələsində irəliləyiş yoxdur”.
KONKRET.az xəbər verir ki, bu fikirləri Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan səsləndirib.
Ararat Mirzoyan bildirib ki, Azərbaycanla erməni əsirlərin qaytarılması məsələsində konstruktiv dialoqa baxmayaraq, heç bir irəliləyiş əldə olunmayıb. O, parlamentdə çıxışı zamanı bu mövzunun hələ də humanitar gündəmin ən ağrılı məsələlərindən biri olduğunu qeyd edib.
Mirzoyan COP29 ərəfəsində baş verən məhbus mübadiləsindən sonra danışıqların davam etdiyini, lakin nəticəsiz qaldığını vurğulayıb.
Nazir sülh sazişinin imzalanmasının və sərhədin delimitasiyası prosesinin bu kimi problemlərin həllinə şərait yarada biləcəyinə ümid etdiyini deyib.
Aynurə İsmayıl
KONKRET.az