Xarici işlər naziri Ararat Mirzoyan bu gün parlamentə gedəcək.
KONKRET.az xəbər verir ki, o, 2024-cü il dövlət büdcəsinin müzakirəsində iştirak edəcək. “Joqovurd”un məlumatına görə, Mirzoyanın iştirakı ilə qızğın müzakirələrin gedəcəyi gözlənilir. Çünki müxalifətçi deputatlar nazirə hansı sualı verməli olduğunu əvvəlcədən hazırlayıblar.
Ararat Mirzoyan hər dəfə parlamentə gələndə Milli Məclisin keçmiş sədrini komanda yoldaşları çox soyuq qarşılayır.
Ararat Mirzoyan da öz növbəsində artıq uzun müddətdir ki, komanda yoldaşları ilə əlaqəni kəsib və onlarla əlaqə saxlamır.