KONKRET.az xəbər verir ki, Misir Ərəb Respublikasında qısamüddətli işgüzar səfərdə olan, özünü Dağlıq Qarabağın qondarma rejiminin xarici işlər naziri kimi təqdim edən Masis Mayilyan Qahirədə işgüzar dairələrin nümayəndələri ilə görüşlər keçirib.
O, vergi siyasətinin əsas istiqamətlərini və böyük sərmayələr üçün mövcud güzəştli şərtləri təqdim edib. İqtisadiyyatın bəzi sektorlarına investisiya qoyuluşu perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb.
Səfər zamanı Masis Mayilyan Misirin Cənubi Sinay valisi Xalid Fouday Sıdıq Məhəmmədlə görüşüb.
“Xarici İşlər naziri” Misir hakimiyyətinin erməni icmasına ənənəvi dost münasibətini yüksək qiymətləndirbi, ölkənin inkişafında ermənilərin mühüm töhfəsini və rolunu qeyd edib. Görüşdə Masis Mayilyan turizm sektorunun inkişafından danışıb, kifayət qədər qənaətbəxş nəticələr verən Qarabağın turizm cəlbediciliyini artırmaq üçün müxtəlif təşəbbüslərə toxunub.
Görüşdən sonra turizm, mədəniyyət və idman kimi sahələrdə əməkdaşlığın qurulması və daha da inkişaf etdirilməsi barədə razılıqlar əldə edilib.
Qahirədə Masis Mayilian Ermənistanın Misirdəki səfirliyini, Müqəddəs Qriqori Kilsəsini, Erməni Apostol Kilsəsinin Misir Yeparxiyasının rəhbərinin iqamətgahını ziyarət edib, eyni zamanda səfir Karen Qriqoryan və yeparxiyanın rəhbəri Bişopanyan Aşot Mnatsla da görüşüb