Misir Mərdanov Ermənistandakı evinə getdi və bunları gördü…backend

Misir Mərdanov Ermənistandakı evinə getdi və bunları gördü…

Keçmiş təhsil naziri Misir Mərdanov Azxəbər.com-a müsahibəsi zamanı diqqətçəkən məqama toxunub. Belə ki, sabiq nazir Paşinyanın onların rayonundan olduğunu bildirib.

Sitat: “Ermənistanın baş naziri Nikol Paşinyan bizim İcevan rayonundandır. Paşinyanın əmisi həmin rayonun ən tanınmış cərrahlarından biri idi və bölgədə yaşayan azərbaycanlıların əməliyyata ehtiyacı olduqda məhz onun yanına gedirdilər”.

Maraqlıdır, Misir Mərdanovun Paşinyanın yaxınları ilə əlaqəsi varmı?

KONKRET.az xəbər verir ki, globalinfo.az-a danışan sabiq təhsil naziri Misir Mərdanov Ermənistanın baş naziri Nikol Paşinyanın ailəsi ilə hər hansı bir əlaqəsinin olmadığını bildirib.

O, Paşinyanın əmisinin rayonda həkim kimi çalışdığını və ehtiyac yarandıqda insanların ona müraciət etdiklərini qeyd edib.

Misir Mərdanov, həmçinin 24 il əvvəl – 2001-ci ildə İrəvana səfəri zamanı doğma evini ziyarət etdiyini də açıqlayıb:

“Evimizin yerini çox gözəl xatırlayıram. 2001-ci ildə Gürcüstana getdim, oradan da Gürcüstan Təhsil Nazirliyinin əməkdaşları ilə birlikdə İrəvana yollandıq. Universitetlərarası regional konfrans keçirilirdi. Həmin vaxt Ermənistan prezidentinə müraciət edərək evimizə getmək üçün şərait yaradılmasını xahiş etdim. Onlar mənim üçün mühafizə təşkil etdilər və doğma evimizi ziyarət etdim”.

M.Mərdanov qeyd edib ki, həmin vaxt evdə yaşlı erməni ər-arvad yaşayırmış:

“Evimizdə yaşlı bir kişi və qadın yaşayırdı. Onlar orada müvəqqəti yaşadıqlarını bilirdilər. Mən ali məktəbə qəbul olduqdan sonra Bakıda qalmalı oldum 1981-ci ildə valideynlərim də Bakıya köçdülər. Gələndə evimizi müvəqqəti olaraq kəndlimizə tapşırmışdılar. Evə gedəndə erməni ailə artıq bilirdi ki, mən evin sahibinin oğluyam”.

Sabiq nazir erməni ailənin onu səmimi şəkildə qarşıladığını da əlavə edib:

“Düzünü desəm, məni çox yaxşı qarşıladılar. Yaşlı ər-arvad idilər. Əvvəlcədən onlara bildirmişdilər ki, evin sahibi gələcək. Onlar bizim üçün süfrə açmışdılar, yemək hazırlamışdılar. Lakin özümlə yemək apardığıma görə yalnız öz gətirdiyim yeməklə kifayətləndim. Onların hazırladığı yeməklərə toxunmadım”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*