Misirdə 83 qədim məzarlıq tapıldı – FOTObackend

Misirdə 83 qədim məzarlıq tapıldı - FOTO

Misirin şimalında bir arxeoloji qrup Dakahliya əyalətinin Umm əl-Xaljan bölgəsində qazıntılar zamanı 83 qədim məzarlıq tapıb.

KONKRET.az xəbər verir ki, bu barədə məlumatı ölkənin Antik Abidələr üzrə Nazirliyi yayıb.

Antik abidələr üzrə Ali Şuranın rəhbəri Mustafa əl-Vəziri bildirib ki, aşkar edilən məzarlığın 80-i eramızdan əvvəl dördüncü minilliyin birinci yarısına aiddir.

Bu məzarlıqların oval çuxurlar şəklində edildiyi deyilir.

Mənbə bildirir ki, arxeoloqlar, həmçinin gil tabutlar və müxtəlif əşyalar da tapıblar.

Əl-Vəziriyə görə, o dövrün gil məzarları ilk dəfə Dakahliyada aşkar edilib.

Arxeoloqlar tezliklə yeni qəbirləri və qədim sivilizasiyanın izlərini kəşf edəcəklərini gözləyirlər.

Babək Göyüş

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*