Misirin Qırmızı dəniz sahillərində PUA vuruldubackend

Misirin Qırmızı dəniz sahillərində PUA vuruldu

Dekabrın 26-da Misirin Qırmızı dənizdəki kurort şəhəri Dahab yaxınlığında PUA zərərsizləşdirilib.

KONKRET.az “Reuters”ə istinadən xəbər verir ki, bu, son bir ayda ikinci hadisədir.

Lakin mənbə dronun mənşəyini təsdiq edə bilməyib. Şahidlərin dediyinə görə, Dəhab yaxınlığında dənizdən partlayış səsi eşidilib və yanan PUA-nın qalıqları dənizə düşüb. Dekabrın əvvəlində Misirin hava hücumundan müdafiə qüvvələri Dahab yaxınlığında daha bir PUA vurmuşdu. Bildirilir ki, İsrail Yəmən husilərinin Qırmızı dənizdəki mövqelərini izləmək üçün PUA-lardan istifadə edir. Misir ordusundan isə bildirilib ki, iki pilotsuz təyyarə Qırmızı dənizin cənubundan şimala istiqamət alıb. Yəmən dənizin cənubunda, İsrail isə şimal ucundadır, deməli uyğunsuzluq var.

Vəli Həsənov,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*