Mişustinin Nikola məktubunda “Dağlıq Qarabağ” mesajı?..backend

Mişustinin Nikola məktubunda “Dağlıq Qarabağ” mesajı?..

Rusiya Baş naziri Mixail Mişustin erməni həmkarı Nikol Paşinyana Yeni il münasibətilə təbrik ünvanlayıb.

KONKRET.az xəbər verir ki, bu barədə Ermənistan hökuməti məlumat yayıb.

Protokol qaydasına uyğun olaraq, Mişustin Rusiya-Ermənistan münasibətlərinin 2020-ci ildə də “dinamik şəkildə inkişaf etdiyini” bildirib, böyük müştərək layihələrinin icra edildiyini, Avrasiya İqtisadi İttifaqı çərçivəsində qarşılıqlı inteqrasiyanın gücləndiyini yazıb.

Maraqlıdır ki, Rusiya baş naziri daha sonra Qarabağ məsələsinə toxunub və “postkonflikt” dövründə “Dağlıq Qarabağ”da görüləcək işlərdən bəhs edib.

“Münaqişədən sonra Dağlıq Qarabağın yenidən qurulmasında səmərəli əməkdaşlığın təmin olunmasını vacib hesab edirəm”, – Mişustin bildirib.

Qeyd edək ki, Dağlıq Qarabağın, Aran Qarabağın, ümumiyyətlə, “yuxarı-aşağı və böyür” Qarabağın bərpası da, inkişafı da birbaşa Azərbaycanın səlahiyyətindədir. Rusiya Prezidenti Putinin də qeyd etdiyi kimi, Dağlıq Qarabağ hər zaman Azərbaycanın tərkib hissəsi olub.

Bu baxımdan əgər Ermənistan hökuməti Mişustinin məktubunu təhrif etməyibsə, onda sual yaranır: Azərbaycan torpaqları haqda bu cür mühakimə yürütmək səlahiyyətini bunlara kim verib? axar.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*