MİT-dən FETÖ-nün maliyyə şəbəkəsinə ağır zərbə – ŞOK ADLARbackend

MİT-dən FETÖ-nün maliyyə şəbəkəsinə ağır zərbə - ŞOK ADLAR

Türkiyənin Milli İstihbarat Təşkilatı (MİT), İstanbul Cumhuriyyət Baş Prokurorluğu və İstanbul Polis İdarəsinin Maliyyə Cinayətlərinə Qarşı Mübarizə Şöbəsi ilə birgə FETÖ-nün maliyyə quruluşuna qarşı İstanbul mərkəzli 9 əyalətdə eyni vaxtda genişmiqyaslı əməliyyat keçirib.

KONKRET.az xəbər verir ki, əməliyyat zamanı FETÖ-nün maliyyələşdirilməsində əsas rolu oynayan, HAKMAR və TATBAK mağazalar şəbəkələrinin sahibi Z.D. də daxil olmaqla 26 şəxs saxlanılıb. Polis əməkdaşından xaric edilmiş C.G. və digər 24 nəfər də FETÖ-ya maliyyə dəstəyi göstərməkdə ittiham olunur.

Z.D.-nin evində aparılan axtarış zamanı təşkilatla bağlı çoxsaylı materiallar ələ keçirilib. Onun FETÖ-nün xaricdəki rəhbərliyindən aldığı göstərişlə Türkiyədəki təşkilat üzvlərinə mütəmadi pul transferləri həyata keçirdiyi, bu məqsədlə HAKMAR Şirkətlər Qrupundan istifadə etdiyi müəyyən olunub. Eyni zamanda, Z.D.-nin “qurban payı, həcc pulu və Zaman qəzeti abonentliyi” adı altında FETÖ-ya maliyyə yardımı topladığı ortaya çıxıb. O, həmçinin təşkilata simpatiya göstərən şəxsləri HAKMAR mağazalarında işə götürüb.

Əməliyyat İstanbul, Ankara, Sakarya, Osmaniye, Bayburt, Giresun, Malatya, Yalova və Boluda həyata keçirilib. HAKMAR-ın Sancaktepe, İstanbulda yerləşən baş idarəsində şifrələnmiş çoxlu sayda qapının olduğu və yüksək təhlükəsizlik tədbirlərinin görüldüyü, burada təşkilati toplantıların keçirildiyi müəyyən edilib. İhraç edilmiş polis işçisi C.G.-nin də Z.D.-nin göstərişi ilə bölgələrdə gəzərək FETÖ üzvlərinə pul yardımları etdiyi və bu köçürmələri idarə etdiyi məlum olub.

Müşviq Tofiqoğlu

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*