“Mitsubishi Motors” 2030-cu ilə qədər inkişaf planını açıqlayıb.
KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, şirkətin strategiyası yaxın beş ildə 16 yeni modelin buraxılmasını nəzərdə tutur ki, onlardan doqquzu hibridlər və ya elektromobillərdir.
Məlumata görə, plana daxil olan modellərdən ikisi artıq buraxılıb. Bunlar “Renault Captur”un uyğunlaşdırılmış versiyası olan, Avropa bazarı üçün nəzərdə tutulan “Mitsubishi ASX” və “Mitsubishi Delica Mini”dir.
Yaponiya şirkəti həmçinin “Mitsubishi XFC”nin kütləvi istehsalını, iki sıra oturacaqlı hibrid və elektrik krossoverini buraxmağı planlaşdırır.
İqbal Rzayev,
KONKRET.az