Mixail Qusman Bakıya gəldibackend

Mixail Qusman Bakıya gəldi

Tanınmış jurnalist, TASS-ın baş direktorunun keçmiş birinci müavini Mixail Qusman Bakıya gəlib.

KONKRET.az modern.az-a istinadən xəbər verir ki, o, ötən gün vəfat edən Xalq yazıçısı Elçin Əfəndiyevlə vida mərasimində iştirak edib.

Qusman yazıçının yaxınları ilə görüşüb və onlara başsağlığı verib.

75 yaşlı Mixail Qusman 30 ilə yaxın TASS strukturlarında işləyib. 2000-ci ildən “Güc formulu” teleserialının müəllifi və aparıcısı olan Mixail Rusiyanın əməkdar mədəniyyət işçisi (2001) və əməkdar jurnalistidir. Qusman YUNESKO-nun Rabitə üzrə Beynəlxalq Proqramının Rusiya Komitəsinə rəhbərlik edir, YUNESKO-nun İnformasiya və Kommunikasiya üzrə Hökumətlərarası Şurasının (IPDC) və Rusiyanın YUNESKO üzrə Komissiyasının üzvüdür. O, Xankəndidə keçirilən Şuşa Qlobal Media Forumunda iştarak etdikdən sonra iyulun 24-də vəzifəsindən azad edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*