MMA döyüşçüsü küçədə güllələndibackend

MMA döyüşçüsü küçədə güllələndi

Dağıstanın Mahaçqala şəhərində iki silahlı şəxs rusiyalı MMA döyüşçüsü Timur Xizriyevə sui-qəsd cəhdi edib.

KONKRET.az oxu.az-a istinadən xəbər verir ki, bu barədə görüntüləri “Mash” “Telegram” kanalı yayıb.

Hücum anı həyət kameralarına düşüb. Kadrlarda iki naməlum şəxsin arxadan idmançıya tərəf qaçaraq atəş açması əks olunub.

Hücum edənlər daha sonra ağ rəngli “LADA Priora”da qaçıblar.

İlkin məlumata görə, T.Xizriyev çiyin, bilək və döş qəfəsindən beşə yaxın yara alıb.

İdmançının vəziyyəti stabildir, həyatı üçün təhlükə yoxdur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*