MMA idmançıları məhkəmədə son söz deyiblərbackend

MMA idmançıları məhkəmədə son söz deyiblər

Xuliqanlıqda ittiham olunan MMA və Qrapplinq Federasiyasının qarışıq döyüş növləri üzrə baş məşqçisi Ruslan Əfəndiyev və tələbələri – Xəzər Rüstəmov, Vüqar Kərəmov və Rüfət Əsədov, Tofiq Musayevin cinayət işi üzrə məhkəmə prosesi davam edir.

KONKRET.az xəbər verir ki, Səbail rayon Məhkəməsində hakim Azər Tağıyevin sədrliyi keçirilən prosesdə vəkillər çıxış edərək müdafiə etdikləri şəxslər barəsində barəət hökmünün çıxarılmasını istəyiblər.

Daha sonra məhkəmədə təqsirləndirilən şəxslər son söz deyiblər.

İdmançılar son sözlə çıxış edərək məhkəmədən barələrində bərəat hökmünün çıxarılmasının istəyiblər.

Məhkəmə hökmü elan üçün müşavirəyə yollanıb. (Apa)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*