MN-dən Azərbaycan və Türkiyə hərbçilərinin birgə fəaliyyətinə dair MÜHÜM AÇIQLAMA – VİDEObackend

MN-dən Azərbaycan və Türkiyə hərbçilərinin birgə fəaliyyətinə dair MÜHÜM AÇIQLAMA - VİDEO

Azad edilmiş Ağdam rayonu ərazisində Türkiyə Silahlı Qüvvələrinin ölkəmizdə olan minadan təmizləmə üzrə heyəti Azərbaycan Mühəndis Qoşunlarının bölmələri ilə birgə mühəndis təminatı üzrə tapşırıqları icra edir.

Bu barədə KONKRET.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Qeyd olunub ki, hər iki ölkənin hərbi istehkamçıları əkin sahələri və əlaqə yollarını mina və partlamamış mərmilərdən təmizləyərək istifadəyə yararlı vəziyyətə gətirir.

Bildirilib ki, azad edilmiş ərazilərimizdə partlamamış mərmilərin, minaların aşkar olunması və zərərsizləşdirilməsi üzrə tədbirlər davam etdirilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*