Mnatsakanyan Məmmədyarovla görüşünün anonsunu verdibackend

Mnatsakanyan Məmmədyarovla görüşünün anonsunu verdi

Yaxın vaxtlarda Azərbaycan Xarici İşlər naziri Elmar Məmmədyarovla Ermənistan Xarici İşlər naziri Zohrab Mnatsakanyan arasında görüş keçiriləcək.

Konkret.az “Report” a istinadən xəbər verir ki, bunu Ermənistanın XİN başçısı Zohrab Mnatsakanyan sentyabrın 6-da Yerevanda keçirdiyi mətbuat konfransında bildirib.

“Görüş planlaşdırılır. O, yaxın günlərə nəzərdə tutulub. Ancaq görüşün tarixinin eyni vaxtda açıqlanması ilə bağlı razılaşma var. Mən də XİN başçıları və ATƏT-in Minsk qrupu həmsədrlərinin razılaşmasını pozmaq istəmirəm”, – o vurğulayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*