Mnatsakanyan Qahirədə Azərbaycan və Türkiyənin əleyhinə danışdı – Misirli nazirin həmin vaxt qulağı kar olub?backend

Mnatsakanyan Qahirədə Azərbaycan və Türkiyənin əleyhinə danışdı – Misirli nazirin həmin vaxt qulağı kar olub?

“Dağlıq Qarabağ xalqı”nın təhlükəsizlik məsələləri Ermənistan rəhbərliyinin görmə bucağındadır,  əhalinin fiziki təhlükəsizliyi, Qarabağın statusu və öz müqəddəratını təyinetmə hüququnun reallaşdırılması prioritet vəzifələr olaraq qalır.

KONKRET.az xəbər verir ki, bu sözləri Ermənistan Xarici İşlər Naziri Zohrab Mnatsakanyan Qahirədə Misirli həmkarı Samex Şukri ilə birgə brifinqdə söyləyib.

Erməni nazir Misirli nazirlə Cənubi Qafqazdan Şərqi Aralıq dənizinə qədər ən geniş regional problemlərin müzakirə olunduğunu qeyd edib.

Qarabağ problemi kontekstində həll yolunun birtərəfli deyil, qarşılıqlı güzəştləri nəzərdə tutan uzlaşmalara əsaslanmalı olduğunu qeyd edib:

“Hansısa ölkənun versiyasına görə” heç bir həll ola bilməz. Düşünürəm ki, bu mənada beynəlxalq ictimaiyyət olduqca həssasdır. Bütün münaqişələr fərqlidir və Dağlıq Qarabağ münaqişəsinin özünəməxsus xüsusiyyətləri, tarixi və nüansları var. Bu kontekstdə tərəfdaşlarımızın ehtiyatlı yanaşmasını yüksək qiymətləndiririk”.

Mnatsakanyan əlavə edib ki, münaqişə yalnız sülh yolu ilə həll edilməlidir.

O, əlavə edib ki, bu gün Ermənistan və Qarabağın özlərini müdafiə etmək üçün hər fürsəti var:

“Eyni zamanda, Ermənistan Qarabağın təhlükəsizliyinin yeganə qarantı kimi çıxış edir və respublika bu missiyanı yerinə yetirmək əzmindədir”.

Nazir Türkiyənin Cənubi Qafqaz və Orta Şərqdəki siyasətinə də toxunub. Mnatsakanyan Ermənistan-Azərbaycan sərhədində iyul ayındakı insident zamanı Azərbaycana dəstək olaraq birtərəfli mövqe ilə çıxış edən, Ermənistana qarşı aqressiv ritorika nümayiş etdirən yeganə dövlətin Türkiyənin olduğunu vurğulayıb.

Haşiyə: Erməni nazirin pandemiya dövründə etdiyi xarici səfərin Azərbaycan ictimaiyyəti üçün elə də önəmi yoxdur. Önəmi olan odur ki, Mnatsakanyan məhz o səfəri islam dövlətinə edib və tribunada islam nazirin qulaqları (yəqin kar olub) eşidə-eşidə, gözləri (yəqin kor olub) görə-görə Azərbaycanın və Türkiyənin əleyhinə danışıb. Qarabağda yaşayan ermənilərə “Dağlıq Qarabağ xalqı” deyib, Qarabağı qoruyacaqlarını öyünə-öyünə bildirib, yenə də öz müqəddəratını təyinetmə hüququndan söz açıb, Türkiyəni Azərbaycanı dəstəklədiyinə görə nüfuzdan salmağa çalışıb…

Xatırladaq ki, bu, islam dövlətlərinin Azərbaycanın haqq işinə göz yumduqları ilk hadisə deyil. Belə nümunələrin sayı çoxdur. Ermənistan kimi nanəcib düşməni yəhudi aparatları ilə məhv edəcəyik. İslam həmrəyliyi yalnız gözə kül üfürməkdən başqa bir şey deyil.

Babək Göyüş                       

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*