Mobil dövlət “seks reyestri”nin yaradılması təklif olundubackend

Mobil dövlət "seks reyestri"nin yaradılması təklif olundu

Radaya təqdim olunan maraqlı təşəbbüsün müəllifi bunu sağlam ailənin yaradılması üçün stimul hesab edir.

Şəxsi intim münasibətlərin başlanmasının könüllü reyestrini yaratmaq təşəbbüsü Yuxarı Radanın İnsan Hüquqları Komitəsinə verilib. KONKRET.az xarici KİV-ə istinadən xəbər verir ki, keçən həftə bu barədə “Xalqın xidmətçiləri” partiyasından deputat İrina Suslova sosial şəbəkə hesabında paylaşım edib.

Xalq Deputatı bu təşəbbüsü “möhtəşəm təklif” adlandırıb. Təşəbbüsün müəllifi, Kiyev vətəndaşı Andrey Xilko “Facebook”dakı şəxsi səhifəsində konsepsiyanın əsasını təqdim edib. Qısa bir ad olaraq, konsepsiyasına “seks reyestri” adını qoyub.

“Reyestrin məqsədi vətəndaşları sağlam ailə yaratmaq və inkişaf etdirməyə, təhlükəsiz intim həyata həvəsləndirməkdir”, – deyə Andrey Xilko izah edib.

İdeya müəllifinin sözlərinə görə, mobil tətbiqetmədə reyestrin işləməsi üçün zəruri olan adı, doğum tarixi və hazıırki telefon nömrəsini könüllü olaraq daxil etməkdir – yalnız SMS kodların köməyi ilə ikitərəfli təsdiqləndikdən sonra cütlük müvafiq statusu əldə edə biləcək. Bunun insanları ailə qurmağa yönəlməyən vicdansız tərəfdaşlardan xilas edəcəyi və pedofiliyanın təzahürlərinin sayını azaldacağı güman edilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*