Mobil operatorlara qarşı araşdırma başlandı – Qazaxıstandabackend

Mobil operatorlara qarşı araşdırma başlandı - Qazaxıstanda

Qazaxıstanda 7,7%-dən 57,3%-ə qədər olan xidmətlərin qiymətlərinin razılaşdırılmış artımı ilə əlaqədar mobil operatorlara qarşı araşdırma başlayıb.

KONKRET.az xəbər verir ki, bu barədə Respublika Rəqabətin Müdafiəsi və İnkişafı Agentliyi məlumat yayıb.

“Kcell” SC, “MT-S” MMC (Tele2/Altel) və “Kar-Tel” MMC-yə (Beeline) qarşı Biznes Məcəlləsinin 170-ci (Bazar subyektlərinin rəqabət əleyhinə razılaşdırılmış hərəkətləri) maddəsi ilə araşdırma aparılır.

Agentlik vurğulayıb ki, bu mobil operatorlar cari ilin may ayından iyul ayına kimi rəsmi internet səhifələrində məlumat dərc edərək, aylıq abunə haqqı ilə 30-dan çox tarif planı üzrə göstərilən xidmətlərin qiymətini ardıcıl olaraq artırıblar.

Əvvəllər oxşar artım abunə haqqı olmadan tarif planlarında baş verib.

Yerli KİV-lər ötən ilin yayında Qazaxıstanda rabitə və internet xidmətlərinin qiymətlərinin artması barədə yazıblar. Sonra operatorlar bunu “infrastruktur üçün əsaslandırılmış xərclərin artması, yeni texnologiyaların işə salınması və inkişafı, qlobal təchizat zəncirlərinin pozulması, inflyasiya, elektrik enerjisinin qiymətinin artması, yeni texnologiyanın tətbiqi üçün tezliklərin yüksək qiyməti və digər hallarla izah edirlər”.

Kursiv.kz-in qeyd etdiyi kimi, tariflər Qazaxıstanın rəqəmsal inkişaf, innovasiya və aerokosmik sənaye naziri Bağdat Musinin Astanada ucuz internetlə bağlı bəyanatından sonra artıb. Bu ilin iyulunda prezident Kasım-Jomart Tokayevin internetin keyfiyyəti ilə bağlı sualını cavablandıran Musin cavab verib ki, sənayedə iki qlobal problem var və onların hər ikisi insanlarla bağlıdır.

“(Birinci problem radiofoblardır. – Red.). İkinci problem tariflərin ucuzluğu və istifadəçilərimizin daim internetdə gəzməsidir. Xaricdə müqayisə etsək, hər hansı videonu açmamışdan əvvəl istifadəçi fikirləşəcək ki, ona lazımdır, ya yox, çünki onun meqabaytı yanıb, pul itirir”, – Musin daha sonra deyib.

Rəsmiyyə Şərifova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*