Modinin Putinlə bağlı paylaşımı diqqət çəkdi – FOTObackend

Modinin Putinlə bağlı paylaşımı diqqət çəkdi – FOTO

Hindistanın Baş naziri Narendra Modinin Rusiya Prezidenti Vladimir Putinlə görüntüsü diqqət çəkib.

KONKRET.az globalinfo-ya istinadən xəbər verir ki, o, X sosial şəbəkə hesabında Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) sammiti çərçivəsində liderlərin ikitərəfli danışıqlara yola düşdüyü “Aurus” avtomobilindən Putinlə birgə fotosunu paylaşıb.

“ŞƏT sammiti başa çatdıqdan sonra prezident Putinlə mən ikitərəfli görüşümüzün keçirildiyi yerə getdik. Onunla söhbətlər həmişə mənalıdır”, – Modi yazıb.

Qeyd edək ki, avqustun 31-dən sentyabrın 1-dək Çində ŞƏT-in sammiti keçirilir. Burada 20-dən çox dövlət başçısı iştirak edir.

Xatırladaq ki Şanxay Əməkdaşlıq Təşkilatı 2001-ci ildə Çin , Rusiya, Qazaxıstan , Qırğızıstan, Tacikistan və Özbəkistan liderləri tərəfindən Şanxayda  yaradılıb. Qurum terrorizm, ekstremizm və narkotiklərin qanunsuz dövriyyəsi ilə mübarizə və ticarət-iqtisadi əlaqələrin inkişafı ilə məşğuldur. Hazırda ŞƏT 9 ölkədən, eləcə də müşahidəçi dövlətlərdən ibarətdir.

modiii

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*