MOİK-in baş məşqçisi: Ev oyunlarımızı Xankəndidə keçirmək bizim üçün şərəf olarbackend

MOİK-in baş məşqçisi: Ev oyunlarımızı Xankəndidə keçirmək bizim üçün şərəf olar

“Tarixi torpaqlarımızda möhtəşəm oyun keçirdik. Buna görə Prezident İlham Əliyevə və Ordumuza təşəkkür edirik. Şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə şəfa diləyirik. Məhz onların sayəsində bu gün buralardayıq”.

KONKRET.az xəbər verir ki, bu sözləri MOİK komandasının baş məşqçisi Qəzənfər Abbasov Azərbaycan Kubokunun 1/8 final mərhələsinin Xankəndidə keçirilmiş oyunundan (0:1) sonra mətbuat konfransında deyib.

Mütəxəssis meydanda sonadək mübarizə apardıqlarını bildirib: “Qarabağ” gücü hər kəsə bəllidir. Rəqibimizi təbrik edirəm. Qurban Qurbanov baxımlı oyuna görə mənə öz təbriklərini çatdırdı. Hansı komandaya qarşı oynadığımızı yaxşı bilirdik”.

Q.Abbasov gələcəkdə Premyer Liqada çıxış etmək istədiklərini gizlətməyib: “Ev oyunlarımızı Xankəndidə keçirmək bizim üçün şərəf olar”.

Qeyd edək ki, “Qarabağ” 1/4 finalda “Sabah” klubu ilə qarşılaşacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*