Moldova kəşfiyyatının rəhbəri Moskvanı ittiham etdibackend

Moldova kəşfiyyatının rəhbəri Moskvanı ittiham etdi

Rusiya həm Moldovadakı prezident seçkilərini, həm də ölkənin Avropa İttifaqına (Aİ) daxil olması ilə bağlı referendumu pozmaq niyyətindədir.

KONKRET.az xarici mediaya istinadən bildirir ki, bu barədə Moldovanın Kəşfiyyat və Təhlükəsizlik Xidmətinin direktoru Aleksandru Mustyata məlumat verib. O, Rusiya tərəfini növbəti iki ay ərzində belə kampaniya keçirməyi planlaşdırmaqda ittiham edib.

Mustyatanın sözlərinə görə, Kişinyov bunu təsdiqləyən məlumatlar aşkarlayıb. Moldovaya qarşı hibrid hücum planlaşdıran Rusiya xüsusilə də sosial şəbəkələrdən istifadə etməklə etirazları dəstəkləmək, həmçinin Dnestryanıya yardım göstərmək fikrindədir.

Qeyd edək ki, fevralın sonunda son 18 ildə Dnestryanıda xalq deputatlarının ilk qurultayı keçirilib. Həmin tədbirdə separatçılar Rusiya Federasiya Şurasına və Dövlət Dumasına müraciət edərək, Moldovaya təzyiq göstərməyə çağırıblar.

Xatırladaq ki, Moldova 2022-ci ilin iyununda Aİ üzvlüyünə namizəd olub. 14 dekabr 2023-cü ildə Brüssel Kişinyovla üzvlük danışıqlarına başlamaq qərarına gəlib.

Xatirə SADİQ,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*