Moldovada fövqəladə vəziyyət daha 60 gün uzadıldıbackend

Moldovada fövqəladə vəziyyət daha 60 gün uzadıldı

Moldova parlamenti fövqəladə vəziyyətin müddətini 60 gün uzadıb.

KONKRET.az xəbər verir ki, səbəb Ukraynadakı vəziyyətlə bağlı risklərdir.

Deputatlar qarşısında çıxış edən respublikanın baş naziri Dorin Recean Rusiyanı Moldovada sabitliyi pozmağa çalışmaqda ittiham edib.

Müxalifət nümayəndələri hakimiyyəti qeyri-populyar qərarlar qəbul etmək və siyasi rəqiblərlə mübarizə aparmaq üçün fövqəladə tədbirlərdən istifadə etməkdə ittiham ediblər.

Respublikada fövqəladə vəziyyət rejimi 2021-ci ilin oktyabrında təsis edilib. Əvvəlcə bu, “Qazprom”la danışıqlar fonunda və ölkəyə yanacaq tədarükünün kəsilməsi təhlükəsi fonunda irəli sürülüb, daha sonra səbəb kimi Ukraynadakı vəziyyət göstərilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*